SURİYANIN KEÇİD DÖVRÜ PREZİDENTİ ƏHMƏD ƏL ŞARAA AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRƏ GƏLİB

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib (FOTO)

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa Azərbaycana işgüzar səfərə gəlib (FOTO)