SUQOVUŞAN VƏ TALIŞKƏNDƏ İŞIQ ÇƏKİLİŞİ ÜÇÜN ƏRAZİ MİNALARDAN TƏMİZLƏNİR

Suqovuşan və Talışkəndə enerjinin təhükəsiz şəraitdə çəkilməsi üçün, xətt gedəcəyi ərazi minalardan təmizlənir.
Bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.
O əlavə edib ki, Tərtər rayonundan Suqovuşan və Talışkəndə gedən yolda ərazidən tapılmış müxtəlif təyinatlı piyada və tank əleyhinə minalar aşkar olunaraq partladılıb.