SUMQAYIT KİMYA SƏNAYE PARKININ ADI DƏYİŞDİRİLİB – FƏRMAN

Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının adının dəyişdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.