
Bakı Gənclər Mərkəzi “Summer Camp 2023” adlı yay düşərgəsinə yenidən start verir.
Mərkəzdən bildirilib ki, gənclərin böyük həvəs və maraqla qarşıladığı ötən düşərgədə olduğu kimi, budəfəkinin əsas missiyası gənclərin asudə vaxtının səmərəli, düzgün və əyləncəli istiqamətdə təşkilidir. Bununla yanaşı, düşərgədə gəncləri şəxsi inkişafın və dünyagörüşünün formalaşmasına hesablanmış təlimlər, intellektual və interaktiv oyunlar, ekskursiyalar və digər əyləncəli fəaliyyətlər gözləyir.
Avqustun 12-dən start götürəcək və iki həftə davam edəcək düşərgəyə bütün gənclər qatıla bilərlər.
