SÜLHMƏRAMLILARA MƏXSUS İKİ AVTOMOBİLİN AKSİYA ƏRAZİSİNDƏN KEÇİDİ TƏMİN EDİLİB

Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 46-cı günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus iki təminat avtomobilinin Xankəndi istiqamətinə doğru sərbəst hərəkətinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.