SÜLHMƏRAMLILARA AİD DAHA İKİ ZİREHLİ AVTOMOBİL AKSİYA ƏRAZİSİNDƏN MANEƏSİZ KEÇİB

Laçın-Xankəndi yolunda dinc şəkildə davam edən aksiyanın 37-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edə bilirlər.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid daha iki zirehli avtomobilinin aksiya ərazisindən sərbəst keçidi təmin olunub.

Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.