SÜLHMƏRAMLILARA AİD DAHA 4 AVTOMOBİL LAÇIN YOLUNDAN KEÇİB 

Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası on beşinci gündür ki, davam edir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, yaxın zamanda Şuşa-Xankəndi yolundan növbəti dəfə sülhməramlılara aid 4 təminat maşını keçib.

Qeyd edək ki, bu gün ümumilikdə 11 maşın Laçın yolundan keçib.