SÜLEYMAN SOYLU: MƏDƏNDƏ HƏYATINI İTİRƏNLƏRİN SAYI 14 NƏFƏRƏ ÇATIB

Türkiyənin Bartın vilayətində yerləşən mədəndəki partlayış nəticəsində həyatını itirənlərin sayı 14 nəfərə çatıb.
Bu barədə fövqəladə vəziyyət rayonunda olan daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Türkiyə vaxtı ilə saat 23:00-a olan məlumata görə, mədəndən çıxarılan 21 işçidən 7-sinin müalicəsi davam edir. Onlardan 3-ü reanimasiyadadır.
Energetika və təbii sərvətlər naziri Fateh Dönməz məlumat verib ki, partlayış baş verən mədəndə havalandırma sistemi işləyir. Xilasedicilər mədən işçilərindən 49 nəfərin yerləşdiyi bölmələrə çatmağa çalışırlar. Mədəndə yanğın yoxdur.
Hazırda fövqəladə vəziyyət üzrə bütün aidiyyəti təşkilatlara məxsus briqadalar hadisə yerindədir.
Axtarış-xilasetmə işləri davam edir.