Prezident İlham Əliyev Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə Fərman verib.
Fərmanla qərara alınır:
– “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə” təsdiq edilsin.
– “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu” təsdiq edilsin.
– “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi” təsdiq edilsin.
– “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilsin.
– Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.