Stolüstü tennisçilərimiz Rusiyada keçirilən Beynəlxalq Universitet İdmanı Festivalında iştirak edəcəklər.
Azərbaycan Stolüstü Tennis Federasiyasında verilən məlumata görə, Yekaterinburq şəhərində təşkil olunan yarışda səkkiz idmançımız qələbə uğrunda mübarizə aparacaq.
Qızlardan Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Səbinə Məmmədova, Xədicə Əbilzadə, oğlanlardan isə Nihat Məmmədov, Nihat Səmədzadə, Vəzir Allahverdiyev və İbrahim Ansari etimadı doğrulmağa çalışacaq. Komandamız bu gün məşqçilər Fərhad İsmayılov və Rza Mirzəyevin rəhbərliyi ilə qonşu ölkəyə yola düşüb.
Qeyd edək ki, stolüstü tennis yarışları avqustun 23-dən 28-dək keçiriləcək. Beynəlxalq Universitet İdmanı Festivalında 36 ölkənin təmsilçiləri qüvvələrini sınayacaqlar.