“SPACEX” STARLİNK İNTERNET PEYKLƏRİNİN YENİ PARTİYASINI ORBİTƏ ÇIXARACAQ

“Falcon 9” daşıyıcı raketi orbitə 22 mini-peykdən ibarət növbəti partiya ilə birlikdə “Starlink” sisteminin qlobal İnternet əhatə dairəsi şəbəkəsinin orbital qruplaşmasını doldurmaq üçün orbitə çıxacaq.

Bu barədə “SpaceX” şirkəti xəbər verib

Buraxılış ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən 40-cı buraxılış kompleksindən cümə günü Şərqi Sahil vaxtı ilə saat 19:56-da baş tutacaq.

Bu, Starlink layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 106-cı, bu ilin əvvəlindən isə 37-ci buraxılışı olacaq.