Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi vacib məsələdir. Ümid edirəm ki, yaz sessiyası ərzində bu qanun qəbul olunacaq.
Bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bu qanun layihəsinin qəbul edilməsi artıq ictimai sifarişdir.
Deputat Elman Nəsirov da sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb və mənfi halın qarşısının alınması üçün sosial şəbəkələr haqqında qanunun qəbul edilməsi günün tələbinə çevrilib.