DSMF: YANVARIN 26-DA BÜTÜN MÜAVİNƏT, TƏQAÜD, KOMPENSASİYA VƏ ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMLARI ÖDƏNİLƏCƏK

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.