SORĞU: KOMMUNAL XİDMƏT SAHƏLƏRİNİN FƏALİYYƏTİ

Media Təhlil Mərkəzi tərəfindən kommunal xidmət sahələrinin fəaliyyəti barədə ictimaiyyətin fikrini öyrənmək məqsədilə 25-28 fevral tarixləri arasında sorğu keçirilib. Sorğuda iştirak edən 817 respondentin 41,4%-ni qadınlar, 58,6%-ni kişilər təşkil edib.

Sorğu nəticələrinə əsasən, respondentlərin 42,4%-i “Azərişıq” ASC-nin göstərdiyi xidmətlərdən tam razıdır. Sorğu iştirakçılarının 28%-i elektrik enerjisinin verilməsində tez-tez fasilələrin yarandığını, 19,2%-i elektrik enerjisinin keyfiyyətinin aşağı olduğunu, 10,4%-i isə sayğac göstəricilərindən narazılığını bildirib.

“Azəriqaz” İB göstərdiyi xidmətlərdən sorğu iştirakçılarının 27,7%-i tam razıdır.  Respondentlərin 30%-i qazın zəif olduğunu, 19,7%-i qazın təmiz olmadığını, 13,8%-i qaz sayğaclarının göstəricilərinin səhv olduğunu qeyd edib. Respondentlərin 8,8%-i qazın verilişində tez-tez fasilələrin yarandığını qeyd edib. “Azərsu” ASC-nin xidmət fəaliyyəti sorğu iştirakçılarının 31,8%-ni tam qane edir. İştirakçıların 39,3%-i suyun təmiz olmadığını qeyd ediblər. Respondentlərin 13,6%-i suyun tez-tez  kəsildiyini, 9,8%-i suyun az gəldiyini, 5,5%-i isə sayğacın göstəricilərinin səhv olduğunu bildirib.