SOMALİ PREZİDENTİNİN İQAMƏTGAHI MİNAATANLARDAN ATƏŞƏ TUTULUB

Somali prezidentinin iqamətgahı “Villa Somalia” ötən gecə minaatanlardan atəşə tutulub.

GAROWE portalı xəbər verir ki, hadisədən sonra hərbçilər zirehli avtomobillərlə Prezident Sarayının yaxınlığında patrul xidmətinə başlayıb, Moqadişonun küçələrində əlavə keçid postları quraşdırılıb.

Bir müddət öncə ABŞ-ın Somalidəki səfirliyi vətəndaşlarını terror hücumları təhlükəsi ilə bağlı xəbərdar edib. Eyni zamanda, “Baidoa” portalı “Əş-Şəbab” qruplaşmasının paytaxt Moqadişo yaxınlığındakı bir neçə şəhəri ələ keçirdiyi barədə məlumat yayıb.