“SOCAR MARİNE” ŞİRKƏTİ TÜRKİYƏ DAXİLİNDƏ YANACAQ SATIŞLARINA BAŞLAYIB

“SOCAR Marine” şirkəti artıq Türkiyə daxilində də yanacaq satışlarına başladı.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Facebook” hesabında məlumat verib.

“SOCAR Marine” dəniz yanacağı sektorunda beynəlxalq müstəvidə fəaliyyət göstərərək, ildə təxminən 700 min ton yanacaq satışı gerçəkləşdirirdi. İndi illik 450 min ton bazar potensialı olan Türkiyənin limanlarında da xidmət göstərəcək”, – deyə Əhmədov qeyd edib.