Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.
Bunu SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Tədbirlərin Təşkili İdarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
“Dənizdə çalışan 82 əməkdaşımız təxliyə olunub və hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”, – İ.Əhmədov deyib.