“SOCAR ENERGY UKRAİNE” UKRAYNADA TƏCİLİ TİBBİ YARDIM VƏ YANĞINSÖNDÜRƏN XİDMƏTİNİN AVTOMOBİLLƏRİNƏ PULSUZ YANACAQ VERƏCƏK

“SOCAR Energy Ukraine” Ukraynada təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq verəcək.

Bu barədə SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədov deyib.

“Ukraynada fəaliyyət göstərən “SOCAR Energy Ukraine” şirkəti, humanizm prinsiplərini rəhbər tutaraq, təcili tibbi yardım və yanğınsöndürən xidmətinin avtomobillərinə pulsuz yanacaq ilə dəstək verəcək”, – İ.Əhmədov bildirib.