![](https://mtm.az/wp-content/uploads/2025/02/image-78-1024x683.png)
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Crescent Petroleum” şirkəti arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.
Bu barədə SOCAR-dan məlumat verilib.
Qeyd olunub ki, bu, SOCAR prezidenti Rövşən Nəcəfin “Crescent Petroleum” şirkətinin baş icraçı direktoru Məcid Cəfər ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə “Crescent Petroleum” şirkətinin fəaliyyəti barədə məlumat verilib.
Vurğulanıb ki, şirkətlər arasında enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.