“SNAYPER HƏDDİ” MÜSABİQƏSİNDƏ BİRİNCİ MƏRHƏLƏYƏ YEKUN VURULUB

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin yekununa həsr olunan tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, birinci mərhələnin 8 çalışmasının yekununda fərdi birincilik müəyyənləşdirilib. Birinci yerə layiq görülən hərbi qulluqçular qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Sonda müsabiqədə iştirak edən komandaların heyəti səhnəyə dəvət olunub və hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.