SLOVAKİYA PREZİDENTİ PREZİDENT İLHAM ƏLİYEVƏ BAŞSAĞLIĞI VERİB

Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Başsağlığı məktubunda deyilir:

“Cənab Prezident.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insanın faciəli ölümü və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladım.

Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə, Azərbaycan vətəndaşlarına, eləcə də həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə sağalmalarını arzulayıram”.