ŞİRVANDA ZƏLZƏLƏ OLUB

Oktyabrın 29-da Şirvan stansiyasından 33 kilometr şərqdə – Şirvan şəhəri ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3 olan zəlzələ yerli vaxtla saat 16:22-də qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 21 kilometr olub.