SİNOPTİKLƏRDƏN HAVA ŞƏRAİTİNİN DƏYİŞƏCƏYİ İLƏ BAĞLI XƏBƏRDARLIQ

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, martın 18-i günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyi əsəcəyi, sürətinin 15-18 metr/saniyə olacağı, arabir saniyədə 20-23 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Martın 18-i gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı bildirilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.