Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar tviter hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Azərbaycan-Ermənistan sərhədində təxribatlar nəticəsində Azərbaycan Ordusunun həlak olan qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində 50 hərbiçimiz şəhid olub. Azərbaycan Ordusu tərəfindən dərhal cavab tədbirləri görülüb, düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınıb.

