SİLAH VƏ TEXNİKANIN YAY MÖVSÜMÜNDƏ İSTİSMAR REJİMİNƏ KEÇİDİ DAVAM ETDİRİLİR

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.