SEVİNC ƏLİYEVA: TELEVİZİYA VƏ RADİOLARDA APARILMIŞ MONİTORİNQLƏR GÖSTƏRDİ Kİ, VƏZİYYƏT QƏNAƏTBƏXŞDİR

Televiziya və radiolarda aparılmış monitorinqlər göstərdi ki, vəziyyət qənaətbəxşdir.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva deyib.

O bildirib ki, artıq aşkarlanan qüsurlar aradan qaldırılır:

“İndi səhvlər daha az müşahidə olunur. Bu da mükəmməl dilimizdə danışmaq istəyimizdən irəli gəlir”.

Sevinc Əliyeva inzibati tədbirlərin tətbiq olunub-olunmayacağı məsələsinə də aydınlıq gətirib:

“Biz hər şeyin əlacını cəza ilə müəyyənləşdirməməliyik. Əvvəlcə tövsiyə və təkliflərimizi veririk. Arzulayırıq ki, gələn monitorinqlərdə qüsurlar olmasın. Biz də cəzaya əl atmayaq və vəsatət qaldırmayaq”.