SERGEY LAVROV TÜRKİYƏ VƏ ERMƏNİSTAN XÜSUSİ NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜNÜ ŞƏRH EDİB

Biz məmnunuq ki, Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin normallaşma ilə bağlı ilk görüşü Moskvada keçirilir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

“Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib. Rusiya bu razılığın əldə olunmasında kömək göstərib. Biz məmnunuq ki, ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun təşkilində kömək göstərməkdən ibarətdir. Ümid edirəm ki, bu görüş uğurlu olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Moskavada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələr, Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş başlayıb.