SERGEY LAVROV: RUSİYA NATO-DAKI NÜMAYƏNDƏLİYİNİN İŞİNİ DAYANDIRIR

Rusiya noyabrın 1-dən NATO-dakı daimi nümayəndəliyinin fəaliyyətini dayandıracaq.

Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O, bu qərarın NATO-nun addımlarına cavab olaraq qəbul edildiyini bildirib. Onun sözlərinə görə, NATO Rusiyanın cavab addımları barədə məlumatlandırılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləvğ etmiş və Rusiya üçün akkreditasiya sayını 10 nəfərədək azaltmışdı.