SERGEY LAVROV: RUSİYA DEMARKASİYA ÜZRƏ KOMİSSİYA İLƏ BAĞLI ERMƏNİSTANIN TƏKLİFLƏRİNİ AZƏRBAYCANA TƏQDİM EDƏCƏK

Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya komissiyanın yaradılması məsələsinin tezliklə həll olunmasına ümid edir.

“Dünən mən erməni həmkarımla danışmışam. Müəyyən təkliflər formalaşıb, biz onları Bakıya təqdim edirik. Komissiyanın tezliklə işə başlaması üçün nə etmək lazım olduğuna baxacağıq”, – deyə o bildirib.