SERGEY LAVROV NÜVƏ MÜHARİBƏSİNİN BAŞLAYACAĞINA İNANMADIĞINI BİLDİRİB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov nüvə müharibəsinin başlayacağına inanmadığını bildirib.

O, bunu Antalyada Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Dmitri Kuleba ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

“Mən buna inanmıram və inanmaq istəmirəm. Diqqətinizə çatdırmaq istəyirəm ki, son illərdə Ukraynada baş verən hadisələr kontekstində nüvə məsələsini Qərb nümayəndələri, ilk növbədə, NATO nümayəndələri ortaya çıxarıb”.