SERGEY LAVROV: MİNA XƏRİTƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ YEREVANDA MÜZAKİRƏ OLUNUB

Bütün humanitar məsələlər maksimum operativ həll olunmalıdır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla mətbuat konfransında deyib.

O bildirib ki, bu, həm həlak olanları meyitlərinin qaytarılmasına, həm də minalanmış ərazilərin xəritəsinə aiddir:

“Bu məsələ Yerevanda müzakirə olunub. İlkin addımlar atılıb. Hesab edirik ki, bu məsələ tezlikllə həll olunacaq”.