
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyədə səfəri başa çatdıqdan sonra Ermənistana işgüzar səfər edib.
TASS-ın məlumatına görə, Sergey Lavrov bu gün ərzində ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşəcək.
Onun, həmçinin Ermənistanın baş naziri və prezidenti ilə görüşləri nəzərdə tutulub.
Sabah isə Sergey Lavrov İrəvanda KTMT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
