SERGEY LAVROV: BU GÜN UKRAYNA-RUSİYA DANIŞIQLARI KEÇİRİLƏCƏK

Rusiya və Ukraya nümayəndələri arasında danışıqlar martın 3-də keçiriləcək.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ukraynadakı vəziyyətin həll yolu tapılacaq.

“Əlbəttə, həll yolunun tapılacağına şübhə etmirəm. Bizim üçün minimum olan şərtlər hər kəsə məlumdur. Bu şərtlər Ukrayna tərəfi ilə həm Qomeldə keçirilmiş, həm də bu gün baş tutmalı olan danışıqlarda müzakirə olunur”.