SERGEY LAVROV: AZƏRBAYCAN QARABAĞDAKI ERMƏNİLƏRƏ ÖLKƏNİN DİGƏR VƏTƏNDAŞLARININ SAHİB OLDUĞU HÜQUQLARI VERMƏYƏ HAZIRDIR 

Azərbaycan Qarabağdakı ermənilərə ölkənin digər vətəndaşlarının sahib olduğu hüquqları verməyə hazırdır.

Bunu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı deyib.

“Azərbaycan tərəfi buna hazırdır. Onlar bunu müzakirə etməyə, ermənilərə Azərbaycanın digər vətəndaşlarının malik olduğu bütün hüquqların zəmanətini verməyə hazırdırlar”, – deyə S.Lavrov qeyd edib.