SERGEY LAVROV: Aİ-NİN AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDDİNDƏKİ MİSSİYASI RƏSMİ BAKININ RAZILIĞI OLMADAN SƏMƏRƏLİ OLMAYACAQ

Aİ-nin -Ermənistan sərhəddindəki missiyası Bakının razılığı olmadan göndərilərsə, səmərəli olmayacaq.

Bu barədə çərşənbə günü brifinqdə Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

Lavrov Azərbaycan-Ermənistan sərhəddinə KTMT missiyası göndərməyə hazır olduqlarını təsdiqləyib, lakin Ermənistan tərəfin Aİ ilə razılaşmağa üstünlük verdiyini qeyd edib.

“Bu missiya rəsmi Bakının razılığı olmadan göndərilərsə, sərhəddə vəziyyəti möhkəmləndirmək əvəzinə, əks təsir göstərə bilər”, – Rusiya Xarici işlər naziri deyib.