SEMİNAR: HƏRBİ QULLUQÇULARA ZƏRƏRLİ VƏRDİŞLƏRİN QARŞISININ ALINMASINDA GÖRÜLƏN İŞLƏRDƏN DANIŞILIB

Müdafiə Nazirliyinin digər dövlət qurumları ilə birgə təsdiq olunmuş planlara əsasən keçirilən maarifləndirici tədbirlər davam edir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Hərbi Hava Qüvvələrinin tabeliyindəki N hərbi hissəsində hərbi qulluqçularla seminar keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daxili İşlər Nazirliyi, rayon icra hakimiyyəti və prokurorluq nümayəndələri, həkim-mütəxəssislər, eləcə də hərbi qulluqçuların iştirak etdiyi seminarda Azərbaycanın dövlət siyasətinin vacib istiqamətlərindən biri olan, sağlam nəslin formalaşmasında həyata keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınmasında görülən işlərdən danışılıb.

Həmçinin hərbi qulluqçularla maarifləndirici söhbətlər aparılıb, onları maraqlandıran suallar cavablandırılıb və lazımi tövsiyələr verilib.