SELÇUK BAYRAKTAR: XAİN HÜCUMU ŞİDDƏTLƏ QINAYIRAM

Qardaş ölkə Azərbaycanın Tehrandakı səfirliyinə xain hücumu şiddətlə qınayıram.
Bu sözləri Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar tviter sosial şəbəkəsində yazıb.
“Şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralılara tezliklə şəfa diləyirəm. Başımız sağ olsun…”, – deyə paylaşımda qeyd olunub.