“SARSILMAZ QARDAŞLIQ-2021” TƏLİMİNDƏ İŞTİRAK EDƏCƏK TÜRKİYƏLİ HƏRBÇİLƏR AZƏRBAYCANA GƏLİB

Türkiyə Silahlı Qüvvələrinin Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təlimində iştirak edəcək hərbçilərinin yolasalınma mərasimi keçirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi öz “Twitter” səhifəsində bildirib.

Qeyd olunub ki, hərbçilər Türkiyə ordusunun 1-ci mexaniki piyada briqada komandanlığından yola salınıb.

Türkiyəli hərbçiləri Türkiyə-Azərbaycan sərhədində Araz çayı üzərindəki “Ümid” körpüsündə Azərbaycan hərbçiləri qarşılayıb.