ŞARL MİŞEL VƏ VLADİMİR PUTİN ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİ MÜZAKİRƏ EDİBLƏR

Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının rəhbəri Şarl Mişel ilə Qarabağ məsələsini müzakirə edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabr və 2021-ci ilin 11 yanvar tarixli bəyanatlarının davamlı şəkildə həyata keçirilməsinin vacibliyi nəzərə alınaraq, Dağlıq Qarabağdakı mövcud vəziyyət müzakirə edilib. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası, əhalinin humanitar problemlərinin həlli prioritet məsələlər kimi müəyyənləşdirilib.
Şarl Mişel görülən işlərə, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri xətti ilə aparılan fəaliyyətə dəstəyini ifadə edib.