ŞARL MİŞEL: MOLDOVADA ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏRİN DAVAMINI SƏBİRSİZLİKLƏ GÖZLƏYİRƏM

Mən Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özünün “Twitter” səhifəsində yazıb.

“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək və sərhədlərin delimitasiyasında irəliləyiş, eləcə də sərhəd bölgələrində risklərin azaldılması vacibdir”, – deyə o bildirib.