Laçın və Ağdam yollarından Xankəndiyə humanitar yüklərin eyni vaxtda keçməsini alqışlayırıq.
Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “X” platformasında paylaşımında bildirib.
Ş.Mişel, həmçinin qeyd edib: “Artıq bu proses qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır”.