Qazaxıstan Respublikasının sədrliyi ilə Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında Astana Bəyannaməsi qəbul edilib.
“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa doğru” mövzusunda keçirilən tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.
Qazaxıstan ŞƏT-ə 2023-cü ilin iyulundan sədrlik edir. Astana Zirvə toplantısından sonra sədrlik Çin Xalq Respublikasına keçəcək.