SANKT-PETERBURQDA RUSİYA PREZİDENTİ İLƏ ERMƏNİSTANIN BAŞ NAZİRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİR

Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının iclası çərçivəsində Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.

V.Putin Ermənistanın baş naziri ilə iclasın birinci günü, dekabrın 26-da görüşdüyünü xatırladaraq, danışıqların əsas mövzusunun bütövlükdə Cənubi Qafqazda vəziyyətin və Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması məsələləri olduğunu qeyd edib.

Nikol Paşinyan Laçın dəhlizində vəziyyəti “böhran” adlandıraraq, bu məsələnin ən “operativ” şəkildə həllinə diqqət çəkib.