SANKT-PETERBURQDA MDB-YƏ ÜZV ÖLKƏLƏRİN LİDERLƏRİNİN QEYRİ-RƏSMİ ZİRVƏ GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Dekabr ayının sonunda Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinqdə bildirib.

“Dekabrın sonunda yaranmış ənənəyə uyğun olaraq Sankt-Peterburqda MDB iştirakçısı olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi, dostluq görüşü keçiriləcək”, – o deyib.