SAN-MARİNO RESPUBLİKASININ KAPİTAN-REGENTLƏRİ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK ÜNVANLAYIB

San-Marino Respublikasının Kapitan-Regentləri Filippo Tamanyini və Qaetano Troina Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və bu ali vəzifədə fəaliyyətə başlamağınız münasibətilə San-Marino Respublikasının dövlət qurumları və xalqı adından Sizə səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.

Zati-aliləri, Azərbaycan xalqına rifah və firavanlıq arzulayır, Sizə hörmət və ehtiramımızı bildiririk”.