SAMUR-YALAMA MİLLİ PARKININ YARADILMASI LAYİHƏSİ ÜZRƏ MALİYYƏLƏŞDİRMƏ MÜQAVİLƏSİNƏ DÜZƏLİŞ TƏSDİQ EDİLİB

Prezident İlham Əliyev Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və KfW arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsinə düzəlişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Qeyd edilir ki, Maliyyələşdirmə Müqaviləsinə 2021-ci il martın 22-də və iyulun 7-də məktublar mübadiləsi formasında imzalanmış düzəliş təsdiq edilsin.