Dövlət başçısının tapşırığı əsasında əsasında əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb. Hesab edirəm ki, bu artımlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək.
Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu artımlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək.