SAMİR ŞƏRİFOV: “HƏRBİ QULLUQÇULARIN STATUSU HAQQINDA” QANUN LAYİHƏSİNİN MALİYYƏ TƏMİNATI DƏQİQLİKLƏ QİYMƏTLƏNDİRİLMƏLİDİR

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, biz həmin qanunun maliyyə tələblərini və təminatını dəqiqliklə qiymətləndirməliyik.

Bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Əfsuslar olsun ki, 1992-ci ildə qəbul edilmiş qanun icra edilməmişdi. Nəyə görə icra edilməyib? Çünki onun maliyyə təminatı olmayıb”, – nazir vurğulayıb.