ŞAMAXIYA QAR YAĞIB

Şamaxı rayonuna ötən gecədən başlayaraq güclü küləklə müşayiət olunan ilk qar yağıb.
Rayon icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, külək səhər saatlarında dayansa da, qar yağmaqda davam edir. Şamaxı şəhərində qarın qalınlığı 4-5 santimetrə, şimal dağlıq ərazilərdə, o cümlədən Dəmirçi, Zaratxeyvər, Pirbəyli və bir sıra digər yaşayış məntəqələrində isə 10 santimetrə çatıb.
Şamaxıya yağan və güclü küləklə müşayiət olunan qar bölgədə ciddi fəsadlar törətməyib.