Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ictimai birliklərin inkişafına dəstək məqsədilə “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı #elan edir.
Agentlikdən bildiriblər ki, proqram çərçivəsində avqustun 15-17-də Şamaxı şəhərində üçgünlük təlimlər təşkil olunacaq.
Təlim iştirakçıları seçim əsasında müəyyənləşdiriləcək.
Seçim zamanı ilk dəfə iştirak edənlərə, QHT-də layihə yazılması üzrə məsul şəxslərə, QHT fəaliyyəti ilə yeni məşğul olanlara, regionlarda fəaliyyət göstərən QHT-lərə, xarici dil bilikləri olan şəxslərə (ingilis dili) üstünlük verilir.
Təlimdə iştirak üçün aşağıda qeyd olunan sorğu avqustun 4-ü saat 18:00-dək cavablandırılaraq Agentliyə göndərilməlidir. Daxil olan məlumatlar Agentlik tərəfindən təhlil ediləcək və sorğunun nəticəsinə uyğun olaraq növbəti mərhələyə keçiləcək. İlkin mərhələdən keçmiş şəxslərlə müsahibələr təşkil olunacaq.
Təlimdə iştirak üçün onlayn sorğu: https://forms.gle/XQtXb7qK97j4m4re9
Qeyd edək ki, daha əvvəl QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər. Təlimdə hər QHT yalnız bir nəfərlə təmsil oluna bilər.
Agentlik Bakıda və bölgələrdə fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.